Kişi qumar oynamaq üçün körpə oğlunu satdı
    • 9-10-2024, 13:44
    • 454

Kişi qumar oynamaq üçün körpə oğlunu satdı

İndoneziyalı kişi qumar oyunlarına pul xərcləyə bilmək üçün 11 aylıq oğlunu satıb.

News24.az oxu.az-a istinadən bildirir ki, KİV-də yayılan məlumatlara görə, ata qumar asılılığını maliyyələşdirmək məqsədi güdən bu sövdələşməni arvadından gizlin həyata keçirib. Onun uşağın satışından 800 dollara yaxın pul aldığı bildirilir.

Oğlunun yoxa çıxdığını görən ana polisə müraciət etdikdən sonra hadisə ortaya çıxıb.

Sübutların təzyiqi altında indoneziyalı cinayəti etiraf edib və səmimi etiraf yazıb.

Həmçinin insan alverində iştirakda şübhəli bilinən mümkün alıcılar da həbs ediliblər ki, İndoneziyada bu cinayətə görə 15 ilə qədər həbs və külli miqdarda cərimə nəzərdə tutulur.