Ata 11 aylıq oğlunu qumara görə satdı - DƏHŞƏT
    • 8-10-2024, 17:00
    • 474

Ata 11 aylıq oğlunu qumara görə satdı - DƏHŞƏT

İndoneziyalı kişi 11 aylıq oğlunu sataraq pulunu qumara xərcləyib.

News24.az bu barədə Daily Mail-ə istinadən xəbər verir.

Mediada yayılan məlumatlara görə, ata arvadından gizli qumar asılılığını maliyyələşdirmək üçün sövdələşib. Hadisə oğlunun itdiyini görən ana polisə müraciət etdikdən sonra məlum olub.

Sübutların təzyiqi altında indoneziyalı cinayəti etiraf edib. İddia edilən alıcılar da İndoneziyada 15 ilə qədər həbs və külli miqdarda cərimə ilə cəzalandırılan insan alverində iştirakda şübhəli bilinərək həbs ediliblər.

Məryəm İlhamqızı