Mbappe 150 milyon avro alacaq
    • 4-06-2024, 22:50
    • 194

Mbappe 150 milyon avro alacaq

Fransalı futbolçu Kilian Mbappe "Real Madrid"dən 150 milyon avroluq bonus alacaq.

News24.az-ın məlumatına görə, bu baradə The Telegraph xəbər yayıb.

Real Madrid Mbappeyə 5 illik müqaviləsi ərzində bonus ödəyəcək. Real Madridin Mbappe ilə müqaviləsi 2029-cu ilə qədərdir.

Los Blankos 2023/24 mövsümünü Çempionlar Liqasında qələbə ilə başa vurub. İyunun 1-də baş tutan final matçında Madrid “Real”ı Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib. Klub eyni zamanda kataloniyalı "Barselona"nı on xal qabaqlayaraq İspaniya çempionu olub.

Xatırladaq ki, mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra PSJ-dən ayrılacağını rəsmən açıqlayıb. Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard azad agent kimi Fransa klubundan ayrılır.

Günel Məlikzadə