Əhalinin NƏZƏRİNƏ: Bu qidalar XƏRÇƏNG yaradır
    • 9-10-2024, 15:29
    • 1 013

Əhalinin NƏZƏRİNƏ: Bu qidalar XƏRÇƏNG yaradır

Hazırda geni dəyişdirilmiş, insan sağlamlığına ziyan vuran qidalardan söhbət gedirsə, əlbəttə ki, birinci sırada meyvə-tərəvəzlar dayanır. 

Bu sözləri News24.az saytına açıqlamasında terapevt-qastrentoloq Mətanət Cəfərova deyib.

Onun sözlərinə görə mövsümə aid olmayan bütün meyvə-tərəvəzlər sağlamlığa ziyan vurur: "Əvvəllər meyvələri yalnız öz mövsümlərində görürdük, indi isə ilboyu satışdan rahat şəkildə əldə edə bilirik. Eyni zamanda toyuq məhsulları və hazır qıdalar da bura aiddir. Bundan başqa un məmulatları, ağartı məhsulları da təəsüüf ki, orqanizmə birbaşa zərərlidir. Çünki sadaladığımız qidaların tərkibinə qatqılar əlavə olunur. Ancaq ən birinci sırada meyvə-tərəvəzi və toyuq məhsullarını qeyd edə bilərik. Bunlar sağlamlığa ciddi ziyan vura bilər, adından göründüyü kimi geni dəyişdirilmiş. Hətta insan geninə kimi təsir edə bilər ki, xromosonların strukturunda gələcəkdə yaranan xəstəliklərə, allergik reaksiyalıara və digər çoxnövlü xəstəliklərə yol aça bilər. Qaraciyərə, həm də mədə-bağırsaqla və digər xəstəliklərin artmasına səbəb olur. Ən pisi isə onkoloji xəstəliklərə yol açmasıdır, düşünürəm ki, bundan ağır xəstəlik ola bilməz. Həyacan təbili də çoxdan çalınmalıdır, çünki bizim sağlamlığımız birbaşa qidalardan asılıdır. Ümumiyyətlə biz nə yeyiriksə, öz təsirini birbaşa göstərir. Qidalanma sağlam olmayınca, özümüz sağlam ola bilmərik”.

Ağa