-
- 9-10-2024, 15:54
- 567
1 ayda 720 yumurta YEDİ - QALMAQALLI TƏCRÜBƏNİN NƏTİCƏSİ..
Harvard Universitetinin PhD tələbəsi Nik Norwitz ayda 720 yumurta yeyərək sensasiyalı təcrübəsinin nəticələrini paylaşıb.
News24.az xəbər verir ki, Yumurta istehlakının xolesterola təsirini müşahidə etmək istəyən Nik Norwitz gündə 24 yumurta yeyib.
təcrübə nəticəsində Harvard tələbəsi yumurtanın xolesterini artırdığına dair fikirlərin həqiqəti əks etdirmədiyini iddia edib.
Dr. Norwitz, həddindən artıq yumurta istehlakının məşhur inancın əksinə olaraq "pis xolesterol" olaraq bilinən LDL səviyyələrini artırmadığını ifadə edib. Əksinə, təcrübənin sonunda LDL səviyyələri 18% azalıb. Dr. Norwitz-in həddindən artıq yumurta istehlakı üzərində apardığı təcrübə də elm aləmində mübahisə yaradıb.
Mütəxəssislərin fikrincə, bağırsaq hüceyrələrində ifraz olunan xolesin hormonu qaraciyərə daha az LDL istehsal etməsi üçün siqnal verir. Bu, Norwitzin eksperimental nəticələrini müəyyən qədər izah edə bilər, ancaq xolesterol probleminiz varsa, yumurta istehlak etməzdən əvvəl həkiminizlə məsləhətləşmək faydalı olardı.
Günel Məlikzadə