Sinem Kobaldan əri ilə bağlı etiraf: Hamiləlik zamanı..
    • 9-10-2024, 20:54
    • 562

Sinem Kobaldan əri ilə bağlı etiraf: Hamiləlik zamanı..

2016-cı ildə aktyor həmkarı Kənan İmirzalıoğlu ilə ailə quran Sinem Kobal 2020-ci ildə ilk qızı Lalini, 2022-ci ildə Leylanı dünyaya gətirib.

News24.az xəbər verir ki, bu müddət ərzində ekranlardan uzaq olan və qızlarına baxan Sinem Kobal "Elle" jurnalının oktyabr sayının üz qabığına çıxıb.

Məşhur aktrisa müsahibəsində hamiləliyindən tutmuş ana olduqdan sonra dəyişən həyatına qədər bir çox məsələlərə toxunub.

İki uşaq anası Sinem Kobal həyat yoldaşı Kənan İmirzalıoğlunun hamiləlik dövründəki rolu haqda bunları deyib: “Bütün bu proseslərdə onun əhatəsində oldum, özümü şanslı hiss edirəm”.

Kobal sözlərinə belə davam etdi: "Kənan doğuş da daxil olmaqla bütün proseslərdə yanımda oldu və bu, bizim üçün bu səyahəti və bağımızı tamam başqa səviyyəyə qaldırdı. Məncə, bu belə olmalıdır. Çünki valideyn olmaq könüllülükdən - bütün bu prosesi və məsuliyyətləri birlikdə götürməkdən başlayır".

Günel Məlikzadə