7 ildən sonra setlərə QAYITDI!
    • 30-07-2024, 17:04
    • 224

7 ildən sonra setlərə QAYITDI!

2016-cı ildə Kenan İmirzalıoğlu ilə ailə quran Sinem Kobal sonuncu dəfə 2017-ci ildə "Yüz Yüze" serialına çəkilib.

2020-ci ildə Lalin, 2022-ci ildə Leyla adlı qızlarını dünyaya gətirən Sinem Kobal övladlarına vaxt ayıraraq setlərdən uzaqlaşıb. 

News24.az xəbər verir ki, uzun müddət təklifləri rədd edən Kobal qərarını verib və setlərə qayıtmaq üçün hərəkətə keçib.

“Hər şeyin başı Merkür” adlı filmində rol alacaq Kobalı Alp Navruz müşayiət edəcək. Alp Navruz filmin baş qəhrəmanı Fıratı canlandıracaq.

Sinem Kobal film üçün çəkiliş meydançasına gedərək sosial şəbəkədə paylaşıb. Aktrisanın bu paylaşımına bəyənmə və şərhlər yağıb.


Məryəm İlhamqızı