-
- 9-10-2024, 17:18
- 1 653
Diqqət! Oktyabrın 10-dan etibarən....
Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində qəza baş verməsi səbəbilə aparılan təmir işləri başa çatıb.
Bu barədə News24.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindan məlumat verilib.
Bildirilib ki, hazırda suyun durulma prosesi gedir.
Bu gün suyun axşam saatlarından hissə-hissə verilməsinə başlanılacaq.
Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq.