Ərini bıçaqlayan qadın... - ƏTRAFLI
    • 9-10-2024, 17:24
    • 497

Ərini bıçaqlayan qadın... - ƏTRAFLI

Sankt-Peterburqda məhkəmə yerli sakini ərinin sağlamlığına qəsdən ağır zərər vurmaqda təqsirli bilib. 

News24.az xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb.

Qadın münaqişənin səbəbinin ərinin spirtli içki qəbul etməsi olduğunu etiraf edib. Təqsirləndirilən şəxsin izah etdiyi kimi, həmin gün əri evə sərxoş halda qayıdıb və özü ilə spirtli içki gətirib. Otaqda bir müddət yatdıqdan sonra kişi mətbəxə gəlib, qadının dediyinə görə, onu və qohumlarını təhqir etməyə başlayıb. Nəticədə o, ərini itələyib, sonra isə bıçaqlayıb.

Qadın ərinə təcili yardım çağırmağı təklif etsə də, zərərçəkən bundan imtina edərək evi tərk edib. 

Həkimlər kişinin zədəsini sağlamlığa ciddi ziyan kimi qiymətləndiriblər.

Qadın 1 il müddətinə ümumi rejimli koloniyaya salınıb.

Məryəm İlhamqızı