-
- 10-10-2024, 08:14
- 536
Məşhur müğənninin qızı oğlunun cəsədini 2 ay evdə saxladı
Əfsanəvi sənətçi Elvis Preslinin qızı Liza Mari Presli oğlu Benjamin Keoughun cəsədini ölümündən sonra iki ay evində saxlayıb.
News24.az xəbər verir “Page Six”-ə istinadən xəbər verir ki, bu barədə Liza Marinin qızı Riley Keoughun anasının ölümündən sonra tamamladığı "Buradan Böyük Naməluma" adlı xatirələr kitabında qeyd edilib.
Liza Mari xatirələrində dərin ağrısını və Benjaminlə dərhal necə vidalaşa bilmədiyini yazıb.
Kitabda L.M.Preslinin övladını harada dəfn edəcəyi ilə bağlı da qərarsız olduğu yer alıb.
O, Benjamini Havayda və ya Qreyslenddə, atası Elvis Preslinin yanında dəfn etməyi düşünüb. Həmin dövrdə isə oğlunun cəsədi Kaliforniyada evdə xüsusi otaqda saxlanılıb.
Yataq otağının tempraturu cəsədin saxlanılması üçün uyğunlaşdırılıb. Həmçinin Liza oğlunun nəşinə qulluq etmək üçün xüsusi işçi də işə götürüb.
Teymur Məmmədov