Maykl Ceksonun intim həyatı ortaya çıxdı:
    • Bu gün, 10:29
    • 1 109

Maykl Ceksonun intim həyatı ortaya çıxdı: "Bakir idi, Madonna onunla..."

1994-cü ildə ailə həyatı quran və 2 il sonra boşanan Liza Meri Presli ilə Maykl Cekson arasındakı intim münasibətlərin detalları məlum olub.

News24.az “Super.ru”-ya istinadən xəbər verir ki, bu barədə L.M.Presli ölümündən öncə yazmağa başladığı memuarında qeyd edib. 

Liza Meri Presli və Maykl Cekson evlilik illərində övlad sahibi ola bilməsələr də, boşandıqdan sonra dostluq münasibətlərini qoruyub saxlaya biliblər. Bu əlaqə hələ də ictimaiyyətə qəribə görünür. Buna görə də onların evliliyinin razılaşdırılmış olduğu barədə şayiələr yayılıb. Kitabda isə bunun əski iddia olunur. Liza Meri Presli 1994-cü ildə aktyor Denne Keogh ilə evli olarkən, Maykl Cekson ona sevgisini etiraf edib. 

Kitabda L.M.Presli bununla bağlı bu sözləri yazıb: 

"Maykl dedi ki, bilmirəm, fikir vermisən, amma mən sənə aşiq olmuşam. İstəyirəm ki, evlənək və övladlarımı dünyaya gətirəsən."Dərhal heç nə demədim, amma sonra cavab verdim.  O vaxt mən də ona aşiq olduğumu hiss edirdim”. 

Həmin vaxt Cekson 35 yaşında və bakir olub.  Preslinin sözlərinə görə, Madonna sənətçi ilə yatmağa çalışsa da, heç nə alınmayıb. Cütlük Lizanın boşanmasından bir neçə həftə sonra evləniblər. İki il sonra onlar mehriban şəkildə boşandılar.

Qeyd edək ki, Liza Meri Presli Rok-n-roll kralı Elvis Prelisinin qızı olub. O, 2023-cü ildə 54 yaşında mədə kiçiltmə əməliyyatından sonra bağırsaqlarda yaranan problemə görə vəfat edib. Onun xatirələri ilə bağlı kitabını isə qızı səs yazılarını dinləyərək bitirib. 

“Pop kralı” kimi tanınan Maykl Cekson isə 2009-cu ildə öz evində vəfat edib. 

Nəzrin