Elvis Preslinin satılan əşyaları saxtadır?
    • 22-07-2024, 15:40
    • 658

Elvis Preslinin satılan əşyaları saxtadır?

Rock and Roll əfsanəsi Elvis Preslinin xatirə əşyalarını satan hərrac evi Graceland rəhbərləri tərəfindən ittiham olunub.

News24.az xəbər verir ki, hərrac evinin satdığı bəzi əşyaların Presliyə aid olmadığı düşünülür.

Bu yaxınlarda Priscilla Presley hərrac evinin ondan maddi cəhətdən sui-istifadə etdiyini iddia edib.

Elvis Presley Enterprisesin idarəedici tərəfdaşı Joel Weinshanker bu yaxınlarda NBC News-a GWS Auctions hərrac evi ilə bağlı narahatlığını bildirib.

Weinshanker, əfsanəvi müğənninin 1972-ci ildə geyindiyi deyilən qara gödəkçəni satışa çıxardığını görəndə şübhələndiyini söyləyib. Bununla belə, o, gödəkçənin hələ də Qreyslandın şəxsi kolleksiyasında olduğunu iddia edib.


Günel Məlikzadə