-
- 10-10-2024, 09:56
- 498
ŞOK QƏRAR! Kiyev atəşkəsə hazırdır - SƏRHƏDLƏRİ...
Kiyev ABŞ-dan təhlükəsizlik zəmanəti və Avropa İttifaqına daxil olmaq müqabilində ərazilərin itirilməsini tanımadan Ukraynanın hazırkı cəbhə xətti boyunca atəşkəsə hazırdır.
News24.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti yazı dərc edib.
Ukrayna lideri Vladimir Zelenski Paris, Roma və Berlin də daxil olmaqla Avropa turnesi zamanı Aİ-yə qısa zamanda qoşulmaq zəmanəti almaq istəyir.
“Zelenski avropalıları öz siyasi planına inandırmalıdır. O, ərazilərdən rəsmən imtina edə bilməz. Lakin o, Qərbin zəmanəti müqabilində yeni sərhədləri tanımadan atəşkəsə hazırdır”, - deyə qəzetdə qeyd edilib.
Bildirilib ki, Birləşmiş Ştatların təhlükəsizlik zəmanətləri Yaponiya, Cənubi Koreya və Filippin modelinə əsaslanır.
Ukrayna lideri Romada olarkən Roma Papası Fransiskə də baş çəkəcək.
Teymur Məmmədov