Zelenski tənqid olundu: “Sən bitdin, get Putinlə danış!”
    • 14-11-2023, 10:28
    • 172

Zelenski tənqid olundu: “Sən bitdin, get Putinlə danış!”

“X” sosial şəbəkəsinin istifadəçiləri Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı bəyanatını mənfi qiymətləndiriblər. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki. sosial şəbəkədə Zelenski sərt tənqidlərə məruz qalıb. 

"Qərb səni tərk etdi, dostum, hələ Putinin qarşısında barışıq istəmək üçün vaxt var. Bu, asan olmayacaq, amma nəticə verəcək. Bu, sənin xalqın üçün doğru şeydir", - BG Nhlapo niki yazıb.

"Get və Putinlə danış. O, sənə Qərbdən daha faydalıdır. İndi Qərbin yeni oyuncağı var", - Cerri N bildirib.

"Sən bitdin", - Ldav niki yazıv.

"Cənab Zelenski, siz dinlənilməyə layiq deyilsiniz", - deyə Ştammer prezidentə istehza edib. 

"Sizcə, Avropa İttifaqı Ukraynanın bərpasında maraqlıdır? Siz görmürsünüzmü ki, bu təşkilat öz üzvlərinin maraqlarına zidd qərarlar qəbul edib? Avropa İttifaqı yalnız Ukraynanın dağıdılmasında maraqlıdır. İttifaq bunu Rusiya və Zelenski vasitəsilə edir”, - deyə Liz Topete adlı istifadəçi qeyd edib. 

Bundan əvvəl Avropa Komissiyası Ukrayna və Moldova ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə edib. Qurum danışıqlar çərçivəsinin qəbulunu Kiyev və Kişinyovun bir neçə şərti yerinə yetirməsi ilə şərtləndirib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, Ukraynanın Avropa İttifaqına daxil olmasının faktiki vaxtı islahatlardan və “ləyaqətə görə” üzvlük prinsipindən asılıdır. 

Danışıqlar prosesinin başlanması ilə bağlı rəsmi qərar dekabrın 14-15-də Aİ-nin Brüsseldə keçiriləcək sammitində dövlət və hökumət başçıları tərəfindən müzakirə olunacaq. Bu qərar Avropa Birliyinin bütün hazırkı üzvləri tərəfindən yekdilliklə qəbul edilməlidir.