Qarın ağrısı şikayəti ilə getdi, 26 kiloqramlıq...
    • 10-10-2024, 10:16
    • 701

Qarın ağrısı şikayəti ilə getdi, 26 kiloqramlıq...

Qarın ağrısı və yerimə problemi ilə Trabzondakı Kanuni Təhsil və Araşdırma Xəstəxanasına gələn 64 yaşlı H.O. müayinə edilib və qarnında 26 kiloqram ağırlığında şiş aşkarlanıb. 

News24.az xəbər verir ki, xəstə üçün əməliyyata qərar verilərkən, uğurlu əməliyyatla qarnındakı şiş çıxarıldı.

Dr. İsmət Çelik sosial media hesabındakı paylaşımında xəstənin 55x60 santimetrlik şişinin hazırlıqlardan sonra uyğun şərtlərdə cərrahi yolla çıxarıldığını ifadə edərək, "Karyeramın ən böyük şişini əməliyyat etdim. Böyük ehtimalla sol tərəfdən qaynaqlanan kütləni çıxardıq. Xəstə ehtiyat olaraq reanimasiyaya aparıldı”.

Məryəm İlhamqızı