Dilanla Engin arasında nə baş verir? - FOTO
    • 10-10-2024, 16:16
    • 869

Dilanla Engin arasında nə baş verir? - FOTO

“Çirkli pulların yuyulması”, “qanunsuz mərc oyunları” və “cinayət təşkilatı qurmaq” ittihamları ilə saxlanılaraq bir müddət sonra azadlığa buraxılan məşhur fenomen Dilan Polatla həyat yoldaşı Engin Polatın münasibətlərinin soyuq olduğu iddia edilib. 

News24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

İddiya görə, Dilan Polat böyük bacısı Sıla Doğunun evinə köçüb. 

D.Polatın görüntülərinin çəkildiyini görən cangüdənlər buna mane olmağa çalışıblar. Həmin an Dilan Polat avtomobilindən düşməyərək üzünü gizlədib.

Media nümayəndələri məşhur fenomenin çəkiliş istəməməsinin səbəbini isə üzündə olan göyərmələrlə əsaslandırıblar. 

Sıla Doğu daha sonra açıqlama vermək üçün sosial şəbəkə hesabında canlı yayım açıb. Kamera arxasından danışan Dilan Polat "Ayıbdır, amma istəmədiyim halda niyə çəkirlər? Doğrudan da bəsdir. İnsanların arasına necə çıxacağam?" deyib.

Teymur Məmmədov