Dilan Polat azadlığa buraxıldı
    • 19-08-2024, 15:10
    • 339

Dilan Polat azadlığa buraxıldı

Məhkəmə Dilan Polatın həbs olunmadan mühakimə olunmasına qərar verib.

News24.az NTV-yə istinadən xəbər verir ki, 1 noyabr 2023-cü il tarixində və ondan sonra mərkəzi İstanbul olan 6 vilayətdə həyata keçirilən əməliyyatlarda Dilan Polat və əri Engin Polat da daxil olmaqla 24 şübhəli saxlanılıb.

Dilan Polat, Engin Polat və Sıla Doğu da daxil olmaqla şübhəlilərdən 16-sı 5 noyabr 2023-cü ildə həbs edilib. Hakim 27 şirkətə qəyyum təyin edilməsinə qərar verib.

Eyni zamanda, həbsdən sonra Polat ailəsi həbsxana həyatı ilə gündəmə gəlib. Sıla Doğu sərbəst buraxılsa da, Dilan Polatın həbsi davam edir.

Səhhətində problemlər olan və özünə zərər verən Dilan Polatın azadlığa buraxılması istənilsə də, məhkəmə qərar verməyib.

Qeyd edək ki, məhkəmə Dilan Polatın həbs olunmadan mühakimə olunmasına qərar verib.

Engin Polatın azadlığa çıxması xəbərini anası Şükran Polat paylaşaraq “Allaha şükür” deyib.

Günel Məlikzadə