Qış aylarında DİQQƏT EDİN - dəri qurumasına qarşı...
    • 10-10-2024, 18:13
    • 479

Qış aylarında DİQQƏT EDİN - dəri qurumasına qarşı...

Dərinin quruluğu müxtəlif səbəblərdən yarana bilən bir vəziyyətdir. 

News24.az xəbər verir ki, dəridə çatlaqlar, qabıqlanma və qanaxma kimi yan təsirlərlə özünü göstərən dəri quruluğunu aradan qaldırmaq üçün təbii üsullardan kömək ala bilərsiniz.

Aloe vera: Aloe vera bitkisinin tərkibindəki təbii gel sayəsində dəri quruluğundan asanlıqla qurtula bilərsiniz. Aloe vera bitkisinin içərisində olan bu təbii gel dəridə kollagen istehsalını dəstəkləməyə kömək edir. Aloe vera bitkisinin tərkibində olan təbii geli həftədə 2-3 dəfə maska kimi dərinizə sürtmək quruluqdan xilas olmaq üçün kifayət edər.

Kokos yağı: Dəri sağlamlığı üçün ən sağlam təbii yağlar arasında yer alan kokos yağı dəri quruluşunda qan axını tənzimləməyə kömək edərək dərini qidalandırır. Tərkibindəki sağlam yağ turşuları ilə dərini nəmləndirən kokos yağını gecə yatmazdan əvvəl nazik təbəqə ilə dərinizə sürtsəniz, dərinizi səhərə qədər nəmləndirəcək

Yulaf əzməsi: İltihab əleyhinə qida olan yulaf əzməsi dərinin qıcıqlanmasını azaltmağa kömək edir. Dərinin quruluğundan yaranan qaşınma simptomunu da aradan qaldıran yulaf ezmesi dərini qidalandırır və quruluğu aradan qaldırır. Az miqdarda su ilə qarışdıraraq maska yarada və bu maskanı həftədə 3-4 dəfə dərinizə çəkə bilərsiniz.

Zeytun yağı: Zeytun yağı dərinin yenilənməsinə kömək edir və dəridəki ölü hüceyrələri təmizləyir. Dəri sağlamlığına faydaları ilə tez-tez istifadə edilən zeytun yağını nəmləndirici krem olaraq dərinizə nazik bir təbəqə ilə çəkə bilərsiniz. Zeytun yağı dərini qidalandırarkən quruluğu da aradan qaldırmağa kömək edəcək.


Məryəm İlhamqızı