-
- 11-10-2024, 10:57
- 664
Okeanda soyuducu ilə üzən kişi XİLAS EDİLDİ - VİDEO
ABŞ-da “Milton” qasırğası zamanı bir nəfər okeana sürüklənib. News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs balıqçı qayığında olub və sahilə tərəf üzmək istəyib.
Həmin an qayıqda nasazlıq yaranıb. O, radio vasitəsilə Sahil Mühafizəsi ilə əlaqə saxlayıb və kömək istəyib, lakin sonradan əlaqə kəsilib.
Hadisədən bir gün sonra xilasedicilər onu Florida sahillərindən 48 kilometr aralıda tapıblar. Okeana sürüklənən kişi soyuducudan yapışaraq sağ qalmağı bacarıb.
Teymur Məmmədov