-
- 21-08-2024, 21:00
- 389
Balıqçı balina “şilləsindən” sonra huşunu itirdi
Avstraliyadan olan bir balıqçı balina ilə qarşılaşdıqdan sonra son anda xilas olunub.
News24.az Medianews.az-a istinadla xəbər verir ki, bu barədə “The Independent” yazır.
40 yaşlı kişi dənizdə balıq tutarkən qəfildən qayığının qarşısında balina peyda olub. Suya çıxan kimi o, qayıqla toqquşub. Balina quyruğunu yelləyərək balıqçının üzünə dəyib. Kişi huşunu itirsə də, dənizə yıxılmayıb.
Onunla birlikdə qayıqda olan balıqçının dostu xilasetmə xidmətinə zəng edib. Kişilər tapılıb. Qayıq sahilə çıxarılıb, zərərçəkən isə xəstəxanaya yerləşdirilib.
O, üzündən və kürəyindən ciddi xəsarətlər alıb. Vəziyyəti stabilləşib, lakin balinanın onu necə vurduğunu xatırlamır.