Kömür mədəninə silahlı basqın - ÇOX SAYDA ÖLƏN VAR
    • Bu gün, 11:05
    • 471

Kömür mədəninə silahlı basqın - ÇOX SAYDA ÖLƏN VAR

Pakistanın Bəlucistan əyalətində kömür mədəninə silahlı hücum edilib. 

News24.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb.

Səlahiyyətlilər, raket və qumbaraatanların da istifadə edildiyi hücumda 7 mədənçin yaralandığını bildirib. Ölənlər arasında Əfqanıstan vətəndaşlarının olduğu və yaralıların xəstəxanaya çatdırıldığı qeyd edilib. 

Hücum edənlər mədəndəki bəzi maşınları da yandırıb. Hazırda polisin silahlı qruplaşmanın axtarışları ilə bağlı əməliyyat apardığı vuğulanıb. 

Hücuma görə məsuliyyəti hələlik heç kəsin üzərinə götürmədiyi bildirilib.

Teymur Məmmədov