Əfqanıstanda silahlı hücum: Ölən və yaralananlar var
    • Bu gün, 16:16
    • 68

Əfqanıstanda silahlı hücum: Ölən və yaralananlar var

Əfqanıstanda silahlı hücum olub.

News24.az xəbər verir ki, Taliban sözçüsü tərəfindən verilən açıqlamada cümə axşamı gecəsi silahlı hücumda ən azı 14 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.

Terror təşkilatı İŞİD sosial media hesabından paylaşım edərək hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Silahlı şəxslərin foto çəkdirmək adı ilə rayon sakinlərini daşıyan avtobusu saxladıqları, daha sonra isə onlara atəş açdıqları qeydə alınıb.

Əfqanıstan administrasiyası hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Günel Məlikzadə