Putin Pezeşkianla türk ölkəsində görüşəcək
    • Bu gün, 11:32
    • 407

Putin Pezeşkianla türk ölkəsində görüşəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün Türkmənistana səfər edib.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, onun Aşqabadda “Zamanın və sivilizasiyaların qarşılıqlı əlaqəsi – Sülhün əsası və inkişafı” forumunda iştirakı nəzərdə tutulub.

Diqqətçəkən məqam odur ki, Putin Aşqabadda İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.

Qeyd edək ki, bundan öncə İran tərəfi tezliklə Pezeşkianın Putinlə görüşəcəyini bildirsə də, tarix açıqlamamışdı.

Pezeşkian digər İran liderlərindən fərqli olaraq Rusiya ilə münasibətlərin çox sıxlaşdırılmasının tərəfdarı deyil. O bunun əvəzində Qərblə münasibətlərə diqqət yetirilməsi gərəkdiyini müdafiə edir.