-
- 11-10-2024, 12:00
- 1 667
Qardaş qardaşı öldürdü: “13 yaşımdan məndən həyat yoldaşı kimi istifadə edirdi”
Türkiyədə qandonduran hadisə baş verib.
News24.az yerli KİV-ə istinadən xəbər verir ki, Kocaelinin İzmit rayonunda böyük qardaşı 45 yaşlı Muratın boğazını kəsərək öldürdüyü iddiası ilə mühakimə olunan 34 yaşlı Mert faktları bir-bir danışıb. 13 yaşından bəri qardaşı tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edən gənc “Məndən həyat yoldaşı kimi istifadə etdi, həmişə anamın alt paltarını geyindirdi, cinsi əlaqədən sonra məni isti su ilə yuyurdu” deyib.
Hadisə günü Murat kiçik qardaşından qumar oyunları üçün pul istəyib, lakin müsbət cavab ala bilməyib: “Sonra Murat anamın yanına getdi. Daha sonra isə otaqda şərab içməyə başladı. Bir müddət sonra yenə əlində bıçaqla gəlib arxadan mənə sataşdı. Mən ona mane olmağa çalışdım. Mənə hücum etmək istədi. Bıçaq olan əlinin biləyindən tutdum. Bu zaman Murat əlini sürətlə özünə tərəf çəkəndə bıçaq boğazına dəydi. O, xəsarət aldı. Anam da baş verənlərin şahidi olub. Anamın yanına getdim, qorxduğum üçün digər otağa keçdik “Qardaşım arxamızca gəldi, sonra mətbəxə qayıtdı və orda yıxıldı”.
Məhkəmə zamanı Mertin digər qardaşı və anası ondan şikayətçi olmadıqlarını vurğulayıblar.
Təqsirləndirilən şəxs “qəsdən adam öldürmə” maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.