İkardi "Qalatasaray"dan gedir - iddia - RƏSMİ AÇIQLAMA
    • Bu gün, 12:05
    • 516

İkardi "Qalatasaray"dan gedir - iddia - RƏSMİ AÇIQLAMA

"Qalatasaray" Argentina mətbuatının Mauro İkardinin "River Pleyt"ə transfer olunacağı ilə bağlı yaydığı iddialara açıqlama verib.

News24.az xəbər verir ki, Galatasaray Sportif A.Ş. Vitse-prezident İbrahim Hatipoğlu İkardi ilə bağlı xəbərlərdən danışıb.

Hatipoğlu İkardinin "Qalatasaray"dan ayrılmasının söz mövzusu olmadığını açıqlayıb.

İkardinin ayrılmağı düşünmədiyini bildirən Hatipoğlu, "O, bizim üçün çox dəyərli futbolçudur. Bu mövsüm liqada və Avropada hədəflərimizə çatacaq olsaq, İkardinin bunda mühüm rolu olacaq" dedi. 

İkardinin Wanda Nara ilə barışmasına toxunan Hatipoğlu, "Şəxsi həyatında müsbət inkişaflar bizi də xoşbəxt edərdi" dedi.

Günel Məlikzadə