-
- 11-10-2024, 13:01
- 826
Bu gün Beynəlxalq Qızlar Günüdür - Güclü qızlar güclü sabahlar
Hər il oktyabrın 11-də Beynəlxalq Qız Uşaqları Günü qeyd olunur.
Bu gün qızların hüquqlarına diqqət çəkmək, gender bərabərliyi mövzusunda maarifləndirmək və qızların təhsil, sağlamlıq imkanlara çıxış kimi məsələlərdə qarşılaşdıqları çətinlikləri gündəmə gətirmək məqsədilə elan edilib.
News24.az xəbər verir ki, 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə qoyulmuş bu gündə bütün dünyada qızların güclənməsi üçün müxtəlif tədbirlər və kampaniyalar təşkil edilir.
Bu özəl gündə qızlara öz potensiallarını reallaşdırmaq üçün lazımi dəstəyin göstərilməli olduğu vurğulanır. Təhsil, səhiyyə, insan haqları, zorakılıqla mübarizə kimi məsələlər ön plana çıxır.
"Beynəlxalq Qızlar Günündə biz hər bir qız uşağının gücünü və potensialını qeyd edirik. Gəlin onlara işıq olaq!"
Günel Məlikzadə