Pezeşkianla görüşdə xüsusi MƏQAM - VİDEO
    • Bu gün, 14:17
    • 356

Pezeşkianla görüşdə xüsusi MƏQAM - VİDEO

Biz beynəlxalq arenada fəal işləyirik, dünyada baş verən hadisələrə verdiyimiz qiymət yaxındır.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Aşqabadda İran Prezidenti Məsud Pezeşkianla görüşündə deyib.

Pezeşkian Putinin tezislərini təsdiqləyərək Rusiya və İran arasında münasibətlərin səmimi olduğunu qeyd edib. İran liderinin sözlərinə görə, Yaxın Şərqdə vəziyyət mürəkkəbdir və ABŞ və Avropa Birliyi normallaşmanı istəmir.

Tərəflər həmçinin dövlətlər arasında ticarət dövriyyəsini müzakirə edərək, yaxşı tendensiyaları vurğulayıblar.

Qeyd edək ki, görüş yerinə Putin ilk gəlib və İran nümayəndə heyəti ilə ayrı-ayrılıqda görüşüb.