-
- 11-10-2024, 14:38
- 603
“Yalan danışmayacam, qəribə hisslər keçirdim” - Millimizə qol vuran
Slovakiya millisinin yarımmüdafiəçisi Ondrey Duda Millətlər Liqasının C1 qrupunun 2-ci turunda Koşitsedə Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu (2:0) xatırlayıb.
News24.az Sportinfo.az-a istinadla xəbər verir ki, federasiyanın rəsmi saytına açıqlama verən təcrübəli futbolçu millimizlə görüşdə penaltidən fərqlənməsini də xatırlayıb:
“Yalan danışmayacağam, qəribə hisslər keçirirdim. Adınızı elan edilir və bu, fantastikdir. Azarkeşlərə oyun boyu bizi dəstəklədikləri üçün təşəkkür edirəm”.
Duda millimizlə görüşdə qol vuraraq Slovakiya millisinin bombardirləri siyahısında ilk 5-liyə yüksəlib.