-
- 11-10-2024, 21:35
- 523
Nobel Sülh Mükafatı öz sahibini tapdı
2024-cü il Nobel Sülh Mükafatı Yaponiyada atom bombasından sağ çıxanlar tərəfindən qurulan Nihon Hidankyo təşkilatına verilib.
News24.az xəbər verir ki, 1945-ci ildə Xirosima və Naqasakiyə edilən hücumlardan sonra Hibakuşa kimi tanınan Nihon Hidankyo adlı təşkilat Norveç Nobel Komitəsi tərəfindən Sülh Mükafatına layiq görülüb.
Komitə bu mükafatın "nüvə silahlarından azad bir dünya üçün göstərdiyi səylərə və nüvə silahının bir daha heç vaxt istifadə edilməməsi barədə şahid ifadələri ilə verdiyi ifadəyə görə" verildiyini açıqlayıb.
Məryəm İlhamqızı