Şəkidən üzücü xəbər
    • Bu gün, 07:30
    • 377

Şəkidən üzücü xəbər

Şəkidə 15 yaşlı yeniyetməni maşın vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 21 radələrində rayonun Qoxmuq kəndi ərazisində baş verib.

Kənd sakini 2009-cu il təvəllüdlü Asim Azər oğlu Abdurahmanlını minik avtomobili vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan A. Abdurahmalı Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.