Bakıda deputatlığa namizəd olmuş qadın və qardaşı haqqında YENİ FAKTLAR
    • 21-06-2019, 18:20
    • 995

Bakıda deputatlığa namizəd olmuş qadın və qardaşı haqqında YENİ FAKTLAR

Bakıda dələduzluq etmiş şəxslərin cinayət işi məhkəməyə göndərilib.

News24.az-ın məlumatına görə,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cü, yəni dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə maddəsi ilə təqsirləndirilən Şirəlizadə Xalidə Hüseynəli qızı, onun qardaşı Firdovsi Şirəliyev və Suliddin Məmmədovun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

İstintaq zamanı dələduzluqla üzləşmiş və külli miqdarda pulu alınmış 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.