-
- 12-10-2024, 17:58
- 8 391
Yağdan daha zərərli qida məhsulu
Alman alimləri şəkərin hipotalamusun neyronlarının fəaliyyətini pozduğunu sübut edə biliblər.
Gəmiricilər üzərində aparılan təcrübələr şəkərin beyinə mənfi təsirini aşkar edərək, onun piylənmə və şəkərli diabetin inkişafındakı rolunu nümayiş etdirib.
News24.az Ucnoqta.az-a istinadla xəbər verir ki, Almaniya İnsan Qidalanma İnstitutundan bir qrup tədqiqatçı şəkər istehlakının AgRP neyron funksiyasının pozulmasına səbəb olduğunu aşkar edib.
Müvafiq araşdırmanın nəticələri Scientific Reports platforması tərəfindən dərc edilib.
Tədqiqatda müəyyən qida növlərinin iki növ neyronun fəaliyyətinə təsiri təhlil edilib.
Təcrübə siçanlar üzərində aparılıb. Gəmiricilərin pəhrizinə yağ və şəkərlə zəngin qidalar daxil edilib. Tədqiqatın sonunda onların beyinləri müayinə olunub.
Əvvəllər güman edilirdi ki, patoloji dəyişikliklərdə əsas rolu məhz yağlar oynayır.
Bununla belə, təcrübə yüksək yağlı pəhrizin beyinə mənfi təsirini aşkar etməyib. Alimlər qeyd ediblər ki, beyinə ən çox mənfi təsir göstərən sadə karbohidratlardır.
Güman edilir ki, “ağ düşmən” beynin enerji balansını pozur. Həm də piylənmə və diabet kimi metabolik xəstəliklərin riskini artırır.