-
- 14-10-2024, 12:50
- 768
"Fənərbaxça"nın ulduzu Liviyada ÇARƏSİZ qaldı - FOTO
"Fənərbağça"nın ulduzu Osayi-Samuel Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liviya ilə matçdan əvvəl hava limanında qalıb.
News24.az xəbər verir ki, İnstaqram hesabında paylaşım edən nigeriyalı futbolçu "Sağlamlığım və təhlükəsizliyim qorunmadan 15 saat təsadüfi bir Liviya hava limanında ilişib qaldım" deyib.
Yazısında Afrika Futbol Federasiyasına müraciət edən Osayi, "Daha yaxşısını edə bilərsiniz" deyib.
Milli komandanın Liviya hava limanında 15 saat gözlədildiyi üçün Nigeriya Futbol Federasiyası Liviya matçını keçirməmək qərarına gəlib.
Bu vəziyyətə "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen də reaksiya verib.
Osimhenin yazısında aşağıdakı ifadələr yer alıb:
"Dünən gecə Liviya hava limanında qardaşlarıma və məşqçilərimə edilən haqsız rəftara görə məyus oldum. Bu cür hərəkətlər idman ruhuna ziddir. Mənim dəstəyim komandamın yanındadır və bilirəm ki, onlar bu maneələrə baxmayaraq güclü qalacaqlar".
Günel Məlikzadə