-
- 7-10-2024, 16:31
- 399
Fənərbaxça-da qeyri-müəyyənlik
Fənərbaxça ilə müqaviləsinin son ilinə qədəm qoyan Bright Osayi-Samuel sarı-göylü komanda ilə yeni müqavilə danışıqlarından hələ ki, heç bir nəticə əldə etməyib.
News24.az xəbər verir ki, "Fənərbağça"nın nigeriyalı sağ cinah müdafiəçisini tərk etmək istəmədiyi bildirilərkən, Osayi üçün iki Avropa klubunun işə girdiyi iddia edilib.
“Norviç Siti” və “Lens”in Osayi üçün təklif verməyə hazırlaşdığı qeyd edilib.
Hər iki klubun aralıq transfer dövründə Osayi-Samueli razı salmaq və mövsümün sonunda onu pulsuz olaraq heyətinə qatmaq istədiyi vurğulanıb.
Digər tərəfdən, nigeriyalı futbolçunun illik 2,5 milyon avro dəyərində 4 illik müqavilə tələb etdiyi bildirilib.
Sarı-göylü komandanın Osayiyə 2 milyon avrodan çox maaş vermək istəmədiyi bildirilirdi.
Topuğundan zədə aldığı üçün liqada son 5 matçı buraxan Osayi bu mövsüm 6 rəsmi matçda 1 məhsuldar ötürmə edib.
Günel Məlikzadə