-
- 22-06-2019, 17:05
- 2 123
Qəbələ, açıq səma, dağların ətəyində Beynəlxalq Yoqa Festival-Flaşmobu – İLK DƏFƏ – FOTOLAR – VİDEO
Qəbələdə ilk dəfə olaraq Beynəlxalq Yoqa Festivalı keçirilib.
News24.az xəbər verir ki, “Gilan Holding”in nəzdində fəaliyyət göstərən Happy Yoqa Akademiyasının (“Happy Yoga Academy”) həyata keçirdiyi beynəlxalq festivalda 100-dən artıq Qəbələ sakini iştirak edib.
Festivalın aparıcı qüvvəsi Happy Yoqa Akademiyasında müalicəvi yoqa dərsi tədris edən hindistanlı mütəxəssis, Beynəlxalq dərəcəli yoqa təlimçisi doktor Surjit Singh olub. Məxsusi olaraq Bakıda yoqa dərslərini tədris etmək üçün ölkəmizə dəvət olunan Surjit Singh, Qəbələ Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksində açıq hava altında dağların ətəyində keçirilən tədbirdə Qəbələ sakinlərinə yoqanın sirrlərini izah edib.
Keçirilən tədbirin maraqlı tərəflərindən biri də Beynəlxalq Yoqa Festivalında Azərbaycanın tanınmış simalarının da iştirak etməsi olub. Yoqa Festivalında Azərbaycanın kik-boksinq üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev, “Eurovision” qalibi Eldar Qasımov, müğənni və aparıcı ABD Malik, aparıcılar Hüsniyə Məhərrəmova, Ranar Musayev yüzdən çox sakinlə birgə yoqa flaşmobuna qatılıblar. Tanınmışların iştirakı hər bir festival iştirakçısının marağına səbəb olub.
“Tufandağ” Qış-Yay Turizm İstiharət Kompleksinin direktoru Şəbnəm Fərman belə böyük masştablı yoqa tədbirinin ilk dəfə keçirildiyini deyib: “Hazırda Qəbələdə yoqa dərsləri tədris olunur və maraq dairəsinə çevrilməyə başlayır. Həm məktəblilər, həm də digər yaş kateqroiyalı insanlar üçün yoqa təşkil edirik. Əslində Tufandağ açıq səma altında yoqanın keçirilməsi üçün ən mükəmməl yerlərdən biridir. Bu cür tədbirlərin davamlı olması arzuolunandır”.
Tədbirin təşkilati işlərini yerinə yetirən rejissor-prodüser Vüqar Əliyev, Qəbələ sakinlərinin yoqaya marağını alqışlayıb: “İnanmazdım ki, Azərbaycanın regionlarında yoqaya bu cür maraq olsun. Bu ondan xəbər verir ki, bu cür tədbirlər ənənə halını almalıdır və daha çox insanı öz ətrafına toplamalıdır”.
Beynəlxalq dərəcəli yoqa təlimçisi doktor Surjit Singh News24.az-a bildirib ki, yoqa insanları xoşbəxt edir: “30 ildir müalicəvi yoqayla məşğulam. İnsanlar xoşbəxt olmaq istəyir, müəyyən səbəblərə görə gərgindirlər, amma yoqa bunların hamısının öhdəsindən gələ bilər. Mər hər kəsin xoşbəxt olmağını diləyirəm və bunun yolu yoqayla məşğul olmaqdır”.
13 ildir məhz sənətiylə bağlı Azərbaycana səfər edən Mr.Happy, ölkəmizi və insanlarımızı çox sevdiyini qeyd edib.
Qeyd edək ki, Happy Yoqa Akademiyasının Qəbələdə təşkil etdiyi Yoqa Festivalı – 21 iyun Beynəlxalq Yoqa Gününə həsr olunub.
Video-Foto: Fərid Şabanov