-
- 16-10-2024, 00:30
- 1 016
Sonun başlanğıcı: 3 ay sonra...
1911-ci ildə Bolqarıstanın kiçik bir kəndində anadan olan və 12 yaşında qasırğa zamanı görmə qabiliyyətini itirən Vanqa gələcək hadisələri qabaqcadan görmək qabiliyyəti ilə tanınıb.
News24.az xəbər verir ki, məşhur baxıcı, Britaniya şahzadəsi Diananın ölümü, Rusiyanın “Kursk” sualtı qayığının batması, 11 sentyabr terror aktları, İŞİD-in güclənməsi və “Brexit” səsverməsi də daxil olmaqla çoxsaylı proqnozlar verib.
1996-cı ildə vəfat etməsinə baxmayaraq hər il gələcəklə bağlı yeni sözləri ortaya çıxan Vanqanın 2025-ci il üçün proqnozları açıqlanıb.
Bolqar baxıcının sözlərinə görə, 2025-ci il Avropada qitə əhalisinə təsir edəcək münaqişə ilə başlayacaq. Bu qiyamətlə nəticələnəcək hadisələrin başlanğıcı olacaq.
2025-ci il insan şüurunun sirlərini açacağımız il ola bilər. Vanqanın fikrincə, telepatiya elmi fantastika dünyasından çıxıb reallığa çevrilə bilər. Məşhur görücü, elm adamlarının birbaşa ünsiyyət üçün beyin dalğalarından istifadə etməyin bir yolunu kəşf edəcəyini iddia edib.
Vanqanın proqnozlarına görə, F1-in britaniyalı pilotu Lyuis Hamilton bu il Ferrari ilə səkkizinci Dünya Çempionatını qazanacaq.
Məşhur baxıcı 2025-ci ildə tibbi inqilab olacağını da proqnozlaşdırıb. Vanqanın sözlərinə görə, alimlər laboratoriyalarda insan orqanlarını istehsal edə biləcəklər. Əgər proqnoz gerçəkləşərsə, orqanlar uzun gözləmə siyahıları və riskli prosedurlar olmadan transplantasiyaya hazır olacaqlar.
Nəhayət, Vanqa enerji dünyasında yeni və sirli bir kəşfin olacağını proqnozlaşdırıb. 2025-ci ildə elm adamlarının az qala fövqəltəbii görünən bir enerji mənbəyi ilə qarşılaşacağı iddia edilib.
Vanqanın proqnozlaşdırdığı digər mühüm tarixlər və hadisələr bunlardır.
2028: Veneranın enerji mənbəyi kimi kəşfi.
2033: Buzlaqların əriməsi və dəniz səviyyəsinin qalxması.
2076: Kommunizmin qayıdışı.
2130: Yadplanetlilərlə ilk təmas.
2170: Qlobal quraqlıq.
3005: Marsda sivilizasiya ilə müharibə.
3797: Yer yaşayış üçün yararsız hala düşür.
5079: Dünyanın sonu.
Məryəm İlhamqızı