Pis qoxu fəlakəti üzə çıxardı: 52 yaşlı qadın...
    • 16-10-2024, 19:00
    • 1 185

Pis qoxu fəlakəti üzə çıxardı: 52 yaşlı qadın...

Reyhanlı rayonu Bayır Məhəlləsində tək yaşayan Fatma Akan adlı qadından xəbər ala bilməyən qonşular bir müddət sonra evdən qoxu gəlməyə başladığını görüblər. Vəziyyətlə bağlı vətəndaşlar Təcili Yardım Mərkəzinə məlumat veriblər.

News24.az xəbər verir ki, polisin müşayiəti ilə yanğınsöndürənlərin daxil olduğu evdə qadının meyiti tapılıb. 

Hadisə yerində aparılan araşdırmalardan sonra Akanın cansız bədəni xəstəxana meyitxanasına aparılıb. İlkin məlumata görə, Akanın ölümünün 3 gün əvvəl infarkt səbəbiylə baş verdiyi düşünülüb. Akanın ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

Məryəm İlhamqızı