Binəli Yıldırım məğlub oldu - AÇIQLAMA
    • 23-06-2019, 22:35
    • 1 013

Binəli Yıldırım məğlub oldu - AÇIQLAMA

Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin nəticəsi bəlli olub.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 99,3 faiz səslərin hesablanması ilə Əkrəm İmamoğlu 53,3 faiz səs toplayıb. Onun rəqibi Binəli Yıldırım isə 45,9 faiz seçici səsi toplayıb. 

B.Yıldırım açıqlanan səslərin nəticələrinə görə, məğlubiyyətini etiraf edərək, açıqlama verib: "Hazırkı nəticələrə görə, Əkrəm İmamoğlu öndədir.. Mən rəqibimi təbrik edərək ona uğur arzulayıram. Seçkilər demokratiyadır. Türkiyədə keçirilən seçkilər yenə göstərdi ki, ölkəmizdə demokratiya danılmazdır. Arzu edirəm ki, Ə.İmamoğlu İstanbula bütün səylərini şəhərə və onun sakinlərinə xidmətə yönəltsin".