Millimizi İngiltərədə lağa qoydular
    • Bu gün, 14:34
    • 1 218

Millimizi İngiltərədə lağa qoydular

Ötən gün 21 yaşlılardan ibarət Azərbaycan millisi Bristolda İngiltərənin qonağı olub.

News24.az xəbər verir ki, millimiz növbəti dəfə fəlakət adı veriləcək məğlubiyyətlə üzləşib. 7 qol buraxan millimiz oyun ərzində nəyinki rəqibə qol vurub, heç normal hücum belə edə bilməyib.

Oyundan sonra ənənəvi olaraq ingilis azarkeşlər oyundan sonra stadionun qarşısında qələbəni təmtəraqlı şəkildə qeyd etmək üçün toplaşıblar.

7:0 hesablı qalibiyyətdən sonra azarkeşlər qələbəni qeyd etmək istəyən zaman əksər ingilis azarkeşlər qələbə karvanına qoşulmayıb. Səbəb də onların Azərbaycan millisini zəif və ciddi rəqib hesab etmədikləri olub.

Qeyd edək ki ki, 21 yaşlılardan ibarət İngiltərə - Azərbaycan görüşündə rəqibin qollarını Kressvell, 2, Doyl, 27, Makatee, 55, Cəlal Hüseynov-avtoqol, 70, Anderson, 72, Skarlett, 86, Hatçinson, 90 vurub.

Ağa