-
- 18-10-2024, 10:49
- 405
Sənədi olmayanlar bu ölkəyə deportasiya olunacaq
Avropada ən çox miqrant ölkələr yeni çıxış yolu tapıb.
News24.az xarici mənbələrə istinadən xəbər verir ki, Avropada ən çox miqrant olan ölkələr qeyri-qanuni yaşayan insanlara qarşı tədbir görəcək. İlk olaraq proses Afrikadan gələnlər üçün tətbiq ediləcək.
Belə ki, sənədsiz, qeyri-qanuni yaşayan Afrikalılar aşkar edilərək Uqandaya deportasiya olunacaq. Avropa, artıq miqrant siyasətinə, gəlmələrin qarşını almaq üçün sərt qaydalar tətbiq etməyi planlayır.
Buna səbəb sənədsiz miqrantların oğurluq, qanunlara riayət etmələri və Avropaya müxtəlif yollarla ziyan vurmalarıdır.
Buna görə də Avropa ölkələri miqrantlardan azad olmaq üçün addımlara başlayıb.
Hətta ehtimal olunur ki, bununla bağlı Avropa və Uqanda arasında sazişin imzalanması da gözlənilir.
Ağa