-
- 18-10-2024, 21:15
- 485
"Barselona" PSJ-nin təklifinə bu dəfə aldanmadı
"Barselona" futbol klubunun prezidenti Xuan Laporta gənc hücumçu Lamin Yamal üçün 250 milyon avro məbləğində təklifi rədd edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Laporta potensial alıcının adını açıqlamasa da, idman jurnalisti bunun Kilian Mbappenin əvəzedicisi kimi Yamalı nəzərdən keçirən "Pari Sen-Jermen" (PSJ) olduğunu deyib.
Qeyd edək ki, 2023-cü ildə 15 yaşında "Barselona"nın əsas komandasında debüt edən 17 yaşlı Yamal tezliklə həm klub, həm də İspaniya milli komandası üçün əsas oyunçuya çevrilib. O, artıq Kataloniya klubu üçün 60-dan çox oyun keçirib və İspaniya yığmasının son Avropa çempionatındakı qələbəsinə əhəmiyyətli töhfə verib.
Xatırladaq ki, PSJ 2017-ci ildə "Barselona"dan Neymarı 222 milyon avroya almışdı.