-
- 18-10-2024, 19:47
- 430
Hakeri səhvən işə götürdülər, şirkəti...
Bir şirkət Şimali Koreyalı kibercinayətkarı səhvən onlayn işçi kimi işə götürdükdən sonra kiberhücuma məruz qalıb.
News24.az xəbər verir ki, şirkətin kompüter şəbəkəsinə giriş əldə edən haker şirkətin məxfi məlumatlarını yükləyib və pul tələb edib.
İngiltərə, ABŞ və ya Avstraliyada olduğu bildirilən şirkət adını açıqlamaq istəməyib. Lakin Secureworks adlı kibertəhlükəsizlik şirkəti hadisənin təfərrüatlarını paylaşaraq digər şirkətləri xəbərdar etmək üçün hesabat hazırlayıb.
Secureworks-ə görə, həmin şəxs yayda işə götürülüb və şirkətin uzaqdan iş alətlərindən istifadə edərək korporativ şəbəkəyə daxil olub. O, giriş əldə etdikdən sonra daxili sistemlərdən mümkün qədər çox məlumatı gizli şəkildə əldə edərək hazırlıqlarını tamamlayıb.
BBC-də yer alan xəbərə görə, həmin şəxs dörd ay işləməyə davam edib və bu müddət ərzində maaş almağa davam edib. Müstəntiqlər maaşın Şimali Koreyaya köçürüldüyünü deyirlər.
Şirkət bu işçini zəif performansa görə işdən çıxaranda haker oğurlanmış məlumatlarla birlikdə altı rəqəmli kriptovalyuta tələb edib. O, ödəniş edilmədiyi təqdirdə məlumatların dərc ediləcəyi və ya onlayn satılacağı ilə hədələyib.
Şirkətin ödəyib-ödəmədiyi isə açıqlanmayıb.
Məryəm İlhamqızı