-
- 14-09-2023, 17:11
- 273
İran hakerləri bu ölkələri HƏDƏF ALDI
SEPAH-a bağlı “Charming Kitten” haker qrupu İsrail, BƏƏ və Braziliyada yerləşən şirkətlərə sızaraq kiberhücumlar edib.
News24.az xəbər verir ki, 34 şirkətə kiberhücum olunduğu bildirilib.
Məlumata görə, kiberhücumların mərkəzində İsrail hökumətinə məxsus şirkət yer alıb.
ESET kibertəhlükəsizlik şirkəti bu hücumlardan əldə etdiyi nəticələri dərc edərək qeyd edib ki, SEPAH-a bağlı haker qrupu “Sponsor” adlı zərərli proqramdan istifadə edərək şirkət və təşkilatlara nüfuz edib.