Pəncərədən yıxılmaq üzrə olan uşağı belə xilas etdi
    • Dünən, 20:45
    • 144

Pəncərədən yıxılmaq üzrə olan uşağı belə xilas etdi

Diyarbakırda eyvanın barmaqlıqlarından yıxılmaq təhlükəsi ilə üzləşən qızı Abdullah Əhməd xilas edib.

News24.az xəbər verir ki, adı məlum olmayan qız 3-cü mərtəbədəki mənzilin eyvanının məhəccərlərinə çıxıb.

Uşağın yıxılmaq təhlükəsi ilə üz-üzə olduğunu görən suriyalı Abdullah Əhməd balkonun məhəccərlərinin üzərinə çıxaraq uşağı qucağına alıb və sonra ailəsinə təhvil verib.

Günel Məlikzadə