Bakıda maşınla adam öldürən dünya çempionu barədə YENİ XƏBƏR
    • 20-07-2019, 11:52
    • 1 181

Bakıda maşınla adam öldürən dünya çempionu barədə YENİ XƏBƏR

Bakıda ağır yol qəzası törətmiş idmançının işinə Ali Məhkəmədə baxılacaq.

News24.az
-ın məlumatına görə, Xəzər rayonunda ağır yol qəzası törətmiş Urxan Orucov məhkəməyə kasasiya şikayəti verib. Ötn ilin yanvarında baş vermiş hadisəyə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilən U.Orucov daha əvvəlki hökmlərin dəyişdirilməsini xahiş edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə U.Orucov cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməklə 4 il 2 ay 16 günmüddətinə azadlıqdan məhrum edilib.

U.Orucov Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. Avtomobillə vurulan Maştağa qəsəbə sakini, 31 yaşlı Səlim Zülfüqarov aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin BMW markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.