Sabiq merin həyat yoldaşının evində axtarış: PULLAR GÖRÜN HARDAN ÇIXDI - VİDEO
    • Bu gün, 08:55
    • 1 501

Sabiq merin həyat yoldaşının evində axtarış: PULLAR GÖRÜN HARDAN ÇIXDI - VİDEO

Rusiyada 3.7 milyon Soçi şəhərinin keçmiş meri Aleksey Kopayqorodskinin həyat yoldaşı Yanina Kopayqorodskayanın Moskvadakı mənzilində axtarışlar aparılıb.

News24.az “Mash”-a istinadən xəbər verir ki, axtarış zamanı əməliyyatşılar tərəfindən gül qabında və ayaqqabı qutularında 47 milyon rubl aşkar edilib.

320 kvadratmetrlik yaşayış sahəsində gümüş şamdan və II Nikolayın ikonaları, onun, həyat yoldaşının və imperator Aleksandra Fedorovnanın mərmər büstləri, çox sayda saat, ikon və digər mədəni dəyərlər olub. 

Qeyd edək ki, Soçinin keçmiş meri Aleksey Kopayqorodski dəyəri 3.7 milyon rub olan 2 torpaq sahəsini mənimsəməkdə təqsirli bilinir.

Teymur Məmmədov