Uşaqlarımızın qorxularını necə dəf edək? - Psixoloq tövsiyəsi
    • 19-10-2024, 18:36
    • 304

Uşaqlarımızın qorxularını necə dəf edək? - Psixoloq tövsiyəsi

"Kiçik yaşlarda yaranan qorxular gələcəkdə nitq problemlərinə və travmalara səbəb ola bilir.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu sözləri psixoloq Fidan Nəzirova deyib:

"Yaşa görə qorxu obyektləri də dəyişir. 6-1 yaş aralığında olan körpələr tanımadıqları şəxslərdən də qorxa bilir. Uşağın anidən yuxudan ayılması da bu qorxunun yaratdığı fəsaddır. 3-4 yaş aralığında olan azyaşlılar cizgifilm personajlarından qorxurlar". 

Psixoloq qeyd edib ki, məktəbəqədər yaşda olan uşaqlarda məktəbə adaptasiya problemi yaranır: 

"Valideyni itirmək qorxusu ilə üzləşirlər. Bir çox uşaqlarda travmadan yaranan qorxular var. Avtoqəza, ailə münaqişəsi, heyvan qorxusu bu travmaların yaranmasına səbəb ola bilir. Qorxularla bağlı tədbir görülmədikdə bunlar fobiaya çevrilir və psixi dəyişiklik yaranır. Məsələn, kəkələmə ağır nitq qüsurudur. Nitqin itirilməsi halı da baş verir".

Onun sözlərinə görə, qorxular müalicə edilmədikdə ağırlaşır:

"7-12 yaş aralığında yeniyetmələr cin-şeytan kimi məfhumlardan qorxub, travma qazan bilir.Vaxtında psixoloqa müraciət etməmək travmaların qalıcı olması ilə nəticələnir.

Uşaqlarınızda qorxudan yaranan travma, depressiya halları varsa, mütəxəssisə müraciət mütləqdir. Çünki, intihara qədər gətirib çıxara bilir".