-
- 4-04-2024, 13:38
- 378
“Qocalıq qorxusudur"
Lazım olan əsl estetik düzəliş normaldır. Amma plastik cərrahiyyəyə aludəçilik psixi pozuntunun bir formasıdır.
Bu sözləri News24.az-a açıqlamasında Psixoloq Samirə Bağırova deyib.
O bildirib ki, görünüşündən narazılıq, özünü bəyənməmək daxildən gəlir:
“Buna qorxular, özgüvənsizlik və özünü olduğu kimi qəbullanmamaq hissi səbəb olur ki, insan tez- tez özünü başqaları ilə müqayisə edir. Əsas səbəblər:
. Özünə hörmətin aşağı olması
. Qocalıq qorxusu
. Diqqət mərkəzində olmaq ehtiyacı
. Dismorfik sindromu
Bu sindrom patoloji vəziyyətdir. İnsan heç bir qüsuru olmadığı halda, görünüşünü adekvat qiymətləndirə bilmir. Yaxşı həkim bu xəstənin fiziki və psixi sağlamlığının faktiki vəziyyətini qiymətləndirir və lazım gəlsə əməliyyatdan çəkindirir”,- deyə psixoloq qeyd edib.
Mehriban Mirzəzadə