Türkiyədə növbəti ayrılıq
    • 19-10-2024, 19:05
    • 517

Türkiyədə növbəti ayrılıq

Türkiyə 1-ci liqa təmsilçisi "Pendikspor" baş məşqçisi Osman Özküylü ilə yollarını ayırıb.

News24.az xəbər veir ki, klub 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

"Qırmızı-ağ"lar Osman Özküylüyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Osman Özküylü ötən ildən klubda çalışıb. Bu mövsüm komanda meydana çıxdığı 8 görüşdə 1 dəfə heç-heçəyə razılaşıb, 3 qalibiyyət əldə edib və 4 dəfə məğlub olub.

Hazırda "Pendikspor" 10 xalla turnir cədvəlinin 13-cü sıarsında qərarlaşıb.

Ağa