Şeydayevin komandasına cəza verildi
    • 11-04-2024, 08:53
    • 252

Şeydayevin komandasına cəza verildi


Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) cəzalandırılıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İntizam Komitəsi məlumat yayıb.

Klubun cəzalanmasına səbəb “Göztepe” ilə matçda azarkeşlərin davranışları olub. 1-ci liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin klub 112 min TL (5,896.43 manat) məbləğində cərimələnib.

Qeyd edək ki, “Kocaelispor” 29 turdan sonra 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.